Uşaq travmatologiya və ortopediya şöbəsi

Ölçü:
A+
A-
A

      Uşaq travmatologiyası və ortopediyası şöbəsi anadangəlmə dayaq-hərəkət sistemində təsadüf edilən deformasiyalarının yayılması, diaqnostikası və cərrahi müalicəsi şöbədə zamana uyğun  səviyyədə aparılmışdır və böyük nailiyyətlər əldə edilmişdir. Əvvəllər ortopedik patologiya uşaqlarda əksər hallarda konservativ üsullarla müalicə olunurdusa, hal-hazırda erkən diaqnostika və yeni texnologiyaların tətbiqi alınan nəticələri xeyli yaxşılaşdırır.

         Hal-hazırda şöbədə t.e.d. Ə.M.Quliyev, t.ü.f.d. E.K.Məhərrəmov, t.ü.f.d. T.Ə.Abdullayev, t.ü.f.d. R.N.Bünyatov, t.ü.f.d. E.H.Nəbiyev, dr. T.D.Həsənov, dr. F.İ.Kərimov və s. çalışırlar.