Travmatologiya şöbəsi

Ölçü:
A+
A-
A

     Travmatologiya şöbəsinin əsas elmi-praktiki istiqaməti çoxsaylı, bir neçə sümüklərin sınıqları zamanı müasir osteosintez üsulları işlənib hazırlanır və praktikada tətbiq edilir. Çanaq sümüklərinin, xüsusən sirkə kasasının sınıqları, simfizin cırılması müasir üsullarla osteosintez edilir. Orqanizmin ən iri sümüklərindən olan bud sümüyünün bütün sınıqları, onun boynunun və burmalar nahiyyəsinin, diafizinin, distal ucu müxtəlif osteosintez üsulları ilə müalicə edilir. Yuxarı ətraf sümüklərinin sınıqları müasir texnalogiyalarla osteosintez edilərək müalicə olunur. Bu sınıqların ən mürəkkəbi bazu sümüyünün distal icunun çoxqəlpəli oynaqdaxili sınıqları AO üsulu ilə müalicə edilir.      

   Son illər şöbənin elmi rəhbəri və əməkdaşları tərəfindən yivi mil xarici fiksasiya aparatı ixtira edilərək onunla osteosintez üsulları işlənib hazırlanmışdır.  

      Politravmalar, oynaqdaxili sınıqlar və onların fəsadları, uzunborulu sümüklərin çoxqəlpəli sınıqları və onların fəsadları, xarici fiksə aparatları ilə osteosintezlər olunur.

      Şöbədə həmçinin aşağı ətrafların oynaqdaxili, diafizar çoxqəlpəli sınıqlarının müxtəlif xarici fiksə aparatları ilə müalicə taktikası işlənib hazırlanmışdır. Ətrafların çoxseqmentli və polifokal sınıqları zamanı müasir travmatologiyanın tələblərinə cavab verən bir momentli cərrahi əməliyyatlar (cərrahi briqadalar) taktikası işlənib hazırlanmışdır. Şöbədə ətrafların köhnəlmiş, bitişməyən, zəif və qeyri-düzgün zəif bitişən, qeyri-düzgün bitişmiş sınıqları, yalançı oynaqları  və sümük defektləri ilə olan xəstələrin çoxetaplı effektiv kombinasiyalı müalicə taktikası hazılanmışdır.   

        Hal-hazırda şöbədə t.e.d., prof. Q.S.Canbaxışov Q.S., t.ü.e.d. A.Q.Qəhrəmanov, t.ü.f.d., dos. Ə.Z.Davudov, t.ü.f.d., dos. Ş.B.Əkbərov, k.e.i. Ş.Ş.Hacıyev, k.e.i. N.Q.Hüseynov, həkim-travmatoloq A.A.Əkbərov, həkim-travmatoloq M.Ə.Davudov və. s çalışırlar.