(başlıqsız)

Ölçü:
A+
A-
A

         Rezidentura təhsili Az.ETTOİ-da 2012-ci ildən fəaliyyət göstərir. 10 fevral 2014-cü ildən institutun direktoru ə.e.x., prof.  V.Q.Verdiyev tərəfindən t.e.d. C.Ə.Ələkbərova həvalə edilmişdir. Hal-hazırda rezidenturanın rəhbəri t.e.d. C.Ə.Ələkbərovdur. 

         Hal-hazırda həm Azərbaycan Tibb Universitetinin, həm də Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentləri burda təhsil alırlar. Eləcə də bəzi rezidentlər ATU-nun razılığı ilə rotasiyaya göndərilirlər. 

         II-III-IV kurs rezidentlər kursdan-kursa keçərkən dövrü attestasiya imtahanında iştirak edirlər. Bu il dövrü attestasiya imtahanı 29 oktyabr tarixində ATU-nun imtahan mərkəzində keçirilib. V kurs rezidentlər isə həm test, həm də praktik komponentdə iştirak edərək rezidenturanı başa vururlar. Yekun attestasiyanın test mərhələsi 10 noyabr, praktik hissə isə 16 noyabr tarixində keçirilib.  

       Bundan əlavə rezidentlərə teoritik dərslər keçirilir və hər ayın son 5-ci günü institutun əməkdaşları və Türkiyədə uzmanlıq eyitimi almış travmatoloq-ortopedlər tərəfindən seminarlar keçirilir.

        Onlar mütəmadi olaraq Az.ETTOİ-nun bütün şöbələrində rotasiyada olur, həmin şöbənin xəstələrinin müayinə və müalicəsində yaxından iştirak edirlər. Bu il 1 nəfər rezident müvəffəqiyyətlə təhsilini başa vurmuşdur.