t.ü.f.d., dos. Şahin Əkbərov

Direktor

Əkbərov Şahin Bəylər oğlu 2 aprel 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının  Şərur rayonunda anadan olub. 1983-cü il tarixində Azərbaycan Dövlət Tibb Universitetini “Fərqlənmə  diplomu” ilə bitirib. Universiteti bitirdikdən sonra Bakı şəhəri A.Çaparidze adına 3 Nömrəli  Kliniki xəstəxanada internatura keçib. 
1981-1983-cü illərdə Respublika Kliniki Xəstəxanasında orta tibb işçisi vəzifəsində çalışıb.
1984-1986-cı illərdə Azərbaycan Xarici Dillər Universitetinin nəzdindəki xarici dillər kursunun “İngilis dili” şöbəsini əla qiymətlə bitirib. Daha sonra, Bakı şəhəri Əzizbəyov rayonu 12-Nn-li S.T.M-də cərrah, 1986-cı ilin dekabrından isə Şərur rayonu Mərkəzi Xəstəxanasında travmatoloq vəzifəsində çalışıb.
2001-ci ilin dekabrından 2003-cü ilin dekabrına qədər Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda kliniki ordinaturanı bitirdikdən sonra həmin institutda kiçik elmi işçi vəzifəsində çalışıb  və 13 yanvar 2016-cı il tarixdən böyük elmi işçi vəzifəsinə keçirilib.
Ş.B.Əkbərov “Aşağı ətraf sümüklərinin çoxsaylı sınıqları zamanı xarici fiksasiya aparatları ilə müalicə üsullarının  optimallaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adını alıb. 1 səmərələşdirici təklifin, 30 elmi məqalənin müəllifi, dosentdir. Məqalələri bir çox xarici jurnallarda dərc edilib. 1993-cü ildən YAP-ın üzvü, müharibə veteranıdır. Ailəlidir, iki övladı var.