“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya va Ortopediya İnstitutu tərəfindən “ Ümummilli lider H.Ə. Əliyevin 100 illik yubileyi”-nə həsr olunmuş Azərbaycan travmatoloq-ortopedlərin elmi-praktik konfransı keçirilib. Konfransın açılış hissəsində Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Şahin Əkbərov öz çıxışında Ulu Öndərin Səhiyyə sahəsindəki tövhələrini vurğulayaraq bunun gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib. Həmçinin, Heydər Əliyevin tövsiyyəsi ilə ETTOİ-nin tarixində həyata keçirilən mühüm işlərdən bəhs edilib. Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışılıb və kofransın əhəmiyyəti haqqında məlumat verilib. ETTOİ-nin direktoru Şahin Əkbərov Travmatoloq-ortopedlərin elmi-praktik konfransının travmatologiyanın inkişafına böyük töhfə verəcəyini bildirib. ETTOİ-nin professoru Qələndər Canbaxışov, dos., t.e.d Cəbrayıl Ələkbərov Ümummilli lider H.Ə. Əliyev ilə bağlı Kurqanda olan xatirələrindən bəhs edib, onunla cəkdirdikləri foto şəkilləri nümayiş etdiriblər. T.ü.f.d Cəfər Nəsirli Displastik artrozda endoprotezləşmə zamanı sirkə kasası rekonstruksiyası”, T.ü.f.d Altay Cəfərov “Ön çarpaz bağın bərpası, müxtəlif aspektlərdən”, dr. Sənan Aşırov “Avaskulyar nekroz: müasir müayinə və müalicə prinsipləri”, t.e.d. prof. Qələndər Canbaxışov ”Bud sümüyü distal ucunun sınıqlarının cərrahi müalicəsi”, dr. Elxan Qasımov “Bankrat, lozionlarında sümük defektlərinə yanaşma latarjet”, ”Konjenital diz qapağı çıxıqlarında yanaşma”, t.e.d. Fikrət Qafarov, dr.Akif Abdullayev “Əlin və barmaqların bərpası, rekonstruktiv əməliyyatlarında bəzi nüanslar”, t.e.d., dos. Cəbrayıl Ələkbərov “Ortopediyada və Travmatologiyada fəsadların, İlizarov aparatı ilə müalicəsi”, “Pediatrik ortopediyada İlizarov metodunun yeri”, dr.Vüsal İsmayılov “Bud-çanaq oynağının anadangəlmə çıxıqlarında medial açıq reduksiya və cərrahi texnika”, t.ü.f.d., dos. Rüstəm Talışinskiy “Səhiyyə Nazirliyinin protokoluna əsaslanan travmatoloji və ortopedik əməliyyatlardan sonra tromboemboliyanın profilaktikası” mövzularında çıxışlar ediblər. 170 dən çox travmatoloqun iştirakı ilə baş tutan konfransda mövzu ətrafında geniş müzakirələr aparılıb. Sonda xatirə fotosu çəkilib.
“Çanaq və sirkə kasası sınıqları” mövzusunda beynəlxalq kurs-seminar