Eyvazov Kamil

Adı, soyadı, ata adı:  Eyvazov Kamil Elşad oğlu

İxtisas: həkim-travmatoloq

Elmi dərəcəsi: tibb üzrə fəlsəfə doktoru

Tibbi cəmiyyətlərə üzvlük:

  • Türk Ortopediya və Travmatologiya Dərnəyi, Ankara, Türkiyə
  • AO Spine Dərnəyi, Davos, İsveçrə.
  • Eurospine Dərnəyi, Zürix, İsveçrə

Təhsili:

  • 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2010-2015-ci illərdə Türkiyə Respublikası Qazi Universiteti Travmatologiya və Ortopediya Kafedrasında uzmanlıq təhsili almış və “Total kalça protezi ameliyyatının sagital omurga dengesi və statik tarazlıq üzərindəki təsiri” mövzusunda uzmanlıq tezi hazırlayaraq 07 iyul 2015-ci il tarixində keçirilən imtahan sonrasında uzman həkim travmatoloq- ortoped ixtisasına sahib olmuşdur.
  • Uzmanlıq Təhsili sonrasında 03 avqust- 30 noyabr 2015-ci il tarixində İngiltərənin Nottingham Universitetində, 16 yanvar- 30 iyun 2016-cı il tarixində Honk Konq SAR-ın Honk Konq Universitetində onurğa cərrahiyyəsi üzrə ixtisaslaşmışdır.