“Hemofiliyaya Multidisiplinar yanaşma və pasientlərin effektiv müalicəsi” adlı respublika konfransının açılışı.

31.01.2020 tarixində “Hemofiliyaya Multidisiplinar yanaşma və pasientlərin effektiv müalicəsi” adlı respublika konfransının açılışı aparılmışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun travmatologiya, ortopediya və reabilitasiya kafedrasının müdiri, baş travmatolog, t.e.d. İlqar Qasımov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hemotologiya kafedrasının müdiri dr. Elmira Qədimova, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktor müavini t.ü.f.d., dos. Rüstəm Talışinski, Azərbaycan Respublikasının Hemofiliya Assosiasiyasının sədri Gülnarə Hüseynova tərəfindən konfransın açılışı aparılıb. Konfran zamanı çox saylı prezentasiyalar, müzakirələr və klinik müşahidələrlə birlikdə master-klass aparılıb.