Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu həm travmatoloji  və ortopedik xəstələrə yardım göstərən müəssisədir, həm də yüksək səviyyədə olan elm və tədris ocağıdır. İnstitutun klinikası 200 çarpayıdan, 7 cərrahiyyə otağından ibarətdir. İl ərzində institut təqribən 9000 nəfər xəstələrə yardım göstərir, 7000 nəfərdən çox – ambulator, 1900 – stasionar. İldə 1455 cərrahi müdaxilə aparılır. 


İnstitutun strukturasında olan şöbələr və bölmələr aşağıdakılardır.
Qəbul şöbəsi: qeydiyat otağının telefonu – 012 440 53 21

           Klinik bölmələr:

  1. Sümük patologiya şöbəsi
  2. Böyüklərin ortopediya şöbəsi
  3. Travmatologiya şöbəsi
  4. Travmadan sonrakı fəsadlar şöbəsi
  5. Plastik cərrahiyyə şöbəsi
  6. İrinli travmatologiya şöbəsi
  7. Uşaq travmatologiya şöbəsi
  8. Uşaq ortopediya şöbəsi

           Köməkçi və laborator bölmələr:

  1. Reanimasiya və intensiv terapiya şöbəsi
  2. Fizioterapiya və tibbi-bərpa şöbəsi
  3. Stomatoloji kabinet
  4. Qəbul şöbəsi
  5. Rentgen (Qəbul) şöbəsi
  6. Rentgen stasionar şöbəsi
  7. Ultrasəs kabineti
  8. Funksional-diaqnostika şöbəsi
  9. Klinika-diaqnostika laboratoriyası
  10. Mikrobiologiya laboratoriyası
  11. İmmunologiya laboratoriyası
  12. Biokimya laboratoriyası
  13. Transfüzioloji  yardım kabineti
  14. Metodiki-təşkilat şöbəsi
  15. Əczaçıxana şöbəsi
  16. Təsərrüfat hissəsi