Elmi Şura Elmi-tədqiqat fəaliyətinin koordinasiyası, onların effektliliyinin yüksəldilməsi və alınan nəticələrin səhiyyədə praktikaya tətbiq edilməsi məqsədi ilə təşkil olunmuşdur. 
Elmi Şura institutun elmi strategiya və taktikasının təyin edilməsi, tətbiqi və fundamental işlərin planlaşdırılması istiqamətində həm institutda və həm də başqa travmatologiya və ortopediya ilə məşğul olan müəssisələrin işlərini istiqamətləndirir. Elmi Şura elmi kadrların hazırlanması, attestasiyası və yerləşdirilməsi ilə məşğul olur.

 
Elmi Şura tərkibinə: institutun direktoru, onun elmi işlər üzrə müavini, institutun elmi katibi, metodiki-təşkilat şöbəsinin rəhbəri, əsas elmi şöbələrin rəhbərləri, baş həkim və həmkarlar təşkilatının sədri.
Elmi Şura Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18.04.2006-cı il tarixdə təsdiq olunmuş 17 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərir.
Şuranın sədri – institutun direktoru,  professor Qasımov İ., Sədr müavini – t.e.n. Talışinski R.R., elmi katib t.e.n., dosent Zeynalova E.Ə.
ETTOİ-da namizədlik və doktorluq dissertasiyalarının aprobasiyası keçirilir.
ETTOİ əyani aspirantura və ya ordinaturaya qəbul aparılır və hazırlanır (tel.: 440-38-81).
Həkim travmatoloq-ortopedlər, rentgenoloqlar dayaq-hərəkət aparatının xəstəlikləri və diaqnostikası və müalicəsini daha dərindən öyrənmək məqsədi ilə institutda təkmilləşmə keçirlər. 
Tel.: Kommutator  440-11-03, 440-11-75, 440-11-94 + N

IMG 20171123 144531
IMG 20171123 144601
IMG 20171123 144608
IMG 20171123 144750
IMG 20171123 144803
IMG 20171123 145057
IMG 20171123 145317
IMG 20171123 145400
IMG 20171123 145547
IMG 20171123 150414
IMG 20171123 150429
IMG 20171123 150501
IMG 20171123 152527
IMG 20171123 152646
IMG 20171123 150622