Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu (əvvəlki – Bakı Ortopediya və Bərpa cərrahiyyəsi İnstitutu) 1946-cı ildə yaradılmışdır. İnstitutun yaramasına və təşkilinə professor Ə.A.Talışinski, akademik M.A.Topçubaşov və professor S.M.Hacıqasımovun apardıqları hazırlıq işləri zəmin yaratmışdır.
Həmçinin Azərbaycanda səhiyyənin inkişafında xüsusi rolu olan görkəmli elm xadimi prof.Əziz Əliyevin xidmətləri olub. 

     Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu həm travmatoloji  və ortopedik xəstələrə yardım göstərən müəssisədir, həm də yüksək səviyyədə olan elm və tədris ocağıdır. İnstitutun klinikası 200 çarpayıdan, 7 cərrahiyyə otağından ibarətdir. İl ərzində institut təqribən 9000 nəfər xəstələrə yardım göstərir, 7000 nəfərdən çox – ambulator, 1900 – stasionar. İldə 1455 cərrahi müdaxilə aparılır. 

 Elmi Şura Elmi-tədqiqat fəaliyətinin koordinasiyası, onların effektliliyinin yüksəldilməsi və alınan nəticələrin səhiyyədə praktikaya tətbiq edilməsi məqsədi ilə təşkil olunmuşdur. 
Elmi Şura institutun elmi strategiya və taktikasının təyin edilməsi, tətbiqi və fundamental işlərin planlaşdırılması istiqamətində həm institutda və həm də başqa travmatologiya və ortopediya ilə məşğul olan müəssisələrin işlərini istiqamətləndirir. Elmi Şura elmi kadrların hazırlanması, attestasiyası və yerləşdirilməsi ilə məşğul olur.