Uşaq travmatologiya şöbəsi 25 ildən artıqdır ki, yaradılıbdır. İlk dəfə uşaq travma şöbəsi 1984-cü il tarixdə institutun həmin illərdə direktoru olmuş Kamal Qafar oğlu Məhərrəmov tərəfindən yaradılmışdır.

Hal-hazırda uşaq travma şöbəsinin müdiri t.e.n. Tofiq Əbdülhüseyn oğlu Abdullayevdir. Şöbənin əsas gördüyü elmi-praktik istiqaməti: politravmalar, ətrafların sınıqları və onların fəsadlarının müalicəsi, xarici fiksə aparatı ilə osteosintez və s. Şöbədə əsasən dirsək oynağının təşkil edən sümüklərin sınıqlarının müalicəsi zamanı konservativ müalicəsi, açıq və qapalı yol ilə osteosintez əməliyyatları aparılır. Uzun borulu sınıqların müalicəsi əsasən konservativ yol ilə aparılır.Uzun borulu sümüklərin açıq sınıqları zamanı İlizarov üsulu ilə osteosintez edilir.Şöbədə bazu sümüyünün kondilusdan keçən və kondilusüstü sınıqlarının skelet dartması ilə müalicə sistemi işlənib hazırlanmışdır.

SAM 0496 (Copy)
SAM 0497 (Copy)
SAM 0498 (Copy)
SAM 0499 (Copy)
SAM 0500 (Copy)
SAM 0501 (Copy)