Travmatologiya  şöbəsi institut yaranan gündən fəaliyyət göstərir. Bu şöbəyə Respublikanın aparıcı travmatoloq alimləri rəhbərlik etmişlər. Onlardan mərhum Seyidova H.Ə. uzun illər şöbəyə rəhbərlik edərək bir çox yeni müalicə üsulları işləyib hazırlamışdır.

T.e.d. H.Ə.Seyidovadan sonra şöbənin elmi rəhbəri prof.t.e.d.A.B.Bağırov olmuşdur. Bu dövrlərdə Ə.M.Əliyev adına Həkimləri təkmilləşdirmə institutunun travmatologiya və ortopediya kafedrasının bazası burada fəaliyyət göstərmişdir. Həmin kafedranın əməkdaşları t.e.n. Əliş Ləmbəranski, t.e.n. Əziz Talışinski, prof., t.e.d. R.R.Talışinski uzun illər böyüklərin travmtologiyası şöbəsində çalışmışlar.

     Travmatologiya şöbəsi 2017 - ci ildə kəskin travma və travma fəsadları şöbəsi ilə birləşərək yaradılmışdır  Şöbəyə Respublikanın əməkdar həkimi, professor, t.e.d.Q.S.Canbaxışov rəhbərlik edir.

Şöbənin əsas elmi-praktiki istiqaməti: çoxsaylı, bir neçə sümüklərin sınıqları zamanı müasir osteosintezi üsullarının işlənib hazırlanması və praktikaya tətbiq edilmişdir.

Bundan başqa şöbədə çanaq sümüklərinin, xüsusən sirkə kasasının sınıqları, simfizin cırılması müasir üsullarla osteosintez edilir. Orqanizmin ən iri sümüklərindən olan bud sümüyünün bütün sınıqları onun boynunun və burmalar nahiyyəsinin, diafizinin, distal ucunun sınıqları müxtəlif osteosintez üsulları ilə müalicə edilir.

Yuxarı ətraf sümüklərinin sınıqları müasir texnologiyalarla osteosintez edilərək müalicə olunur. Bu sınıqların ən mürəkkəbi bazu sümüyünün distal ucunun çox qəlpəli oynaqdaxili sınıqları AO üsulu ilə müalicə edilir.

Bunlarla yanaşı şöbədə ətrafların mürəkkəb, çox müstəvili əyrilikləri,    qısalıqları və kiçik boyluluq zamanı boynu uzadılması əməliyyatları İlizarov üsulu ilə həyata  keçirilir.

Son illər şöbənin elmi rəhbəri və əməkdaşları tərəfindən yivli mil xarici fiksasiya aparatı ixtira edilərək onunla osteosintez üsulları işlənib hazırlanmışdır.

SAM 0405 (Copy)
SAM 0406 (Copy)
SAM 0407 (Copy)
SAM 0408 (Copy)
SAM 0409 (Copy)
SAM 0410 (Copy)