2018-ci ildə görülmüş işlər

       Bu il may-iyul aylarında hər il olduğu kimi ETTOİ-nun əməkdaşları  Azərbaycan Respublikasının  Mərkəzi rayon xəstəxanalarında: 66 rayondan 56-sında (10 rayon işğal altında)  kuratorluq işi həyata keçirmişlər. Görülən işin nəticələri haqqında  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məlumat  verilmişdir.

       Göndərilən kuratorlar  əvvəlki illərdə olduğu kimi metodik-təşkilat bölməsi tərəfindən hazırlanmış xüsusi suallarla təmin olunmuşlar və il ərzində  rayon və şəhər xəstəxanalarında olan travmatoloji şöbələrin, travmatoloji xidmətin səviyyəsini  öyrənmişlər.

       Elmi-tədqiqat  travmatologiya  və ortopediya  institutunda rezidentura təhsilinə 10 fevral 2014-cü il tarixdən  institutun metodiki-təşkilat bölməsinin rəhbəri t.e.d. C.Ə.Ələkbərov rəhbərlik edir.

         Hal-hazırda təhsil alan rezidentlərin sayı:

         2018 – 13 (travmatoloq).

         I kurs – 4 nəfər

         II kurs – 1 nəfər

         III kurs – 2 nəfər (1 nəfər analıq məzuniyyətində)

         IV kurs – 2 nəfər

         V kurs – 4 nəfər

         Bu il 6 rezident təhsilini  müvəffəqiyyətlə başa vuraraq ortoped-travmatoloq mütəxəssisi diplomunu almışlar.  5 pezident  Türkiyə Respublikasının  ayrı-ayrı tibb müəssisələrində rezidentura təhsilini qazandıqları üçün öz xahişləri ilə rezidenturadan azad olunmuşlar.  Eyni zamanda  Respublikamızın ayrı-ayrı müəssisələrindən 27 rezident  institutumuzda  “travmatologiya-ortopediya” ixtisası üzrə rotasiya keçmişdir.  

        2018-ci ildə Respublika üzrə  8 travmatologiya ixtisasına yiyələnmək istəyən həkim rezidenturaya qəbul olmuşdur.  Tibb Universitetinin  göndərişi əsasında  onlardan 4-ü  ETTOİ-da 5 il müddətində təhsillərini davam etdirəcəklər.

        20-21 aprel 2018-ci ildə I-Türk Dünyası Ortopedi və Travmatoloji Konqresi Bakı Bulvar Otelində keçirilmişdir.  Konqresdə  Azərbaycandan – 102, Türkiyədən - 68, başqa ölkələrdən 20-yə yaxın travmatoloq iştirak etmişdir. Bu Konqres Metodiki Təşkilatın rəhbərliyi altında həyata keçirilmişdir  və  Səhiyyə Nazirliyi  tərəfindən 21 kreditlə qiymətləndirilmişdir.

        Hər il olduğu kimi bizim institutda çalışan həkimlərin də ixtisaslaşma ümumi təkmilləşmə, tematik təkmilləşmə, attestasiya üçün təkmilləşmə üzrə kurslara cəlb olunmasında metodik-təşkilat bölməsi qrafik üzrə il ərzində müntəzəm iş aparıb.