Əl cərrahiyyəsi şöbəsinin Azərbaycanda yaradıcısı tibb elmləri doktoru Fikrət Qafarovdur.İnstitut yaranan gündən plastik cərrahiyyə şöbəsi fəaliyyət göstərmiş və burada görkəmli professorlar – Nurəli Bunyatov, Gülü Qurbanov, Ruindej Tufan işləmişlər.    

FQ
El


Yetmişinci illərin axırlarından şöbə əl cərrahiyyəsi üzrə ixtisaslaşmış və bu sahə ilə dərindən məşğul olur. Hazırda bu şöbə yaralar şöbəsi ilə birləşdirilərək əl cərrahiyyəsi və yaralar bölməsi yaradılmışdır ki, buna da t.e.d.F.M.Qafarov rəhbərlik edir. O, namizədlik və doktorluq dissertasiyaları məhz əl cərrahiyyəsinə həsr etmiş, ilk dəfə olaraq azərbaycan dilində «Əl cərrahiyyəsi» kitabını və «Travmatologiya və Ortopediyada terminlər, cərrahi əməliyyatlar, xəstəliklər, üsullar, eponimlər, simptom və sindromlar» dərs vəsaitini yazmışdır. Şöbə 100-dən artıq elmi məqalə hazırlamış, onlarla yeni üsullar təklif etmiş və klinikada müvəffəqiyyətlə həyata keçirir. Burada Amerika, İngiltərə, Türkiyə, Rusiya, MDB və s. ölkələrin əl cərrahları ilə birgə çoxsaylı cərrahi əməliyyatlar aparılmışdır.  Hazırda şöbənin əsas elmi-praktiki istiqamətləri aşağıdakılardır:

  1. Said, bilək, əl və barmaqların anadangəlmə qüsurları, ağır travmaları, onların fəsadları və xəstəliklərinin cərrahi müalicəsi;
  2. Yuxarı və aşağı ətrafların dəri, vətər, əzələ, sinir və s. yumşaq toxuma elementlərinin defektinin rekonstruktiv-bərpa müalicəsi;
  3. Dəri defektləri, o cümlədən yanıqdan sonra əmələ gəlmiş kobud dartıcı çapıqların dəri plastikası üsulları ilə bərpası;
  4. Sinirlərin zədələnməsi və ya digər xəstəliklər nəticəsində ətraflarda əmələ gəlmiş ifliclərin rekonstruktiv-bərpa cərrahiyyəsi;
  5. Hər cür yaraların və onların fəsadlarının müalicəsi;
  6. Axil vətərinin qapalı qopmalarının və köhnəlmiş kəsilmələrinin dəridən keçib bastırılan qapalı üsulla tikilməsi. Şöbədə əlin bükücü vətərlərinin və periferik sinirlərin ən müasir üsullarla mikrocərrahiyyənin tətbiqi ilə bərpası, onların defektlərinin sərbəst transplantatlar və qeyri-sərbəst transpozisiya yolu ilə rekonstruksiyası, vətər-əzələ plastikası, onlarla müxtəlif növ dəri, dəri-fassiya, dəri-əzələ parçalarının tətbiqi, təkmilləşdirilməsi və elmi araşdırılması aparılır.