Böyüklərin ortopediyası şöbəsi 60 ildən yuxarı fəaliyyət göstərir. Şöbəyə müxtəlif zamanlarda Azərbaycanın ən görkəmli ortopedlərindən: - t.e.d.A.A.İsmaylov, t.e.n.Ş.Əhmədov, t.e.d.T.Ruindej, R.R.Talışinski rəhbərlik etmişlər.

 1996-cı ildən şöbənin Elmi rəhbəri - t.e.d.Yaşar Cəlilov. Şöbə müdiri –Rauf Ağayevdir.

1990-cı illərdən başlayaraq şöbədə skoliozun Harrinqton üsulu ilə korreksiyası əməliyyatları tətbiq edilmişdir. Müxtəlif ağır formalı skoliozlarda yeni endokorrektorlar vasitəsi ilə aparılan cərrahi əməliyyatlar effektivliyi və davamlı nəticələri ilə seçilir. Tətbiq edilən əməliyyat həm də az travmatikliyi (cəmi 2-3 saat davam edir) və təhlükəsizliyi ilə seçilir.

Şöbədə yüngül və orta dərəcəli skoliozların və kifozların kompleks ambulator konservativ-ortopedik müalicəsi yaradılmışdır. Kompleks müxtəlif korreksiyaedici ortopedik vəsaitlərin (Boston, Charlston, CTLSO korsetlər) və fizioterapevtik, kinezoterapik üsulların tətbiqini nəzərdə tutur və hər xəstə üçün individual işlənir.

1988-ci ildən şöbədə osteoxondrozun (Lower back pain, Disk desease) ardıcıl ambulator və stasionar şəraitində aparılan ortopedik-cərrahi müalicəsi elmi əsaslarla yaradılmış və 2500-dək xəstədə tətbiq edilmişdir. Osteoxondroz zamanı cərrahi müdaxilə konservativ-ortopedik müalicənin uğur vermədiyi hallarda tətbiq edilir (5-7 % xəstələrdə) və yüksək effektivliyi ilə seçilir.

Böyüklərin ortopediyası şöbəsində fəqərə sütununun müxtəlif sınıqları və spondilolistezləri zamanı ortopedik-cərrahi müalicə üsulları işlənib və çoxsaylı xəstə kontinqentində tətbiq edilir.

Ortopediya şöbəsində oynaqların müxtəlif patologiyaları zamanı ən müasir, dünya standartlarına uyğun konservativ-ortopedik və cərrahi müalicə metodları tətbiq edilir.

Şöbədə ətrafların anadangəlmə və qazanılma qüsurlarının (əyriliklər, qısalıqlar, akuşer iflicləri, ətrafların uzadılması) korreksiyası, sümük kosmetik əməliyyatlar («O»-vari və «X»-vari deformasiyalar) şöbə müdiri Ağayev Rauf tərəfindən müasir xarici fiksasiya aparatları ilə aparılır.

Şöbənin elmi praktiki fəaliyyətinin daha bir istiqaməti onurğanın və ətrafların qeyri-düzgün bitişən və bitişməyən sınıqları zamanı əməliyyatların tətbiqidir.

SAM 0426 (Copy)
SAM 0428 (Copy)
SAM 0436 (Copy)
SAM 0438 (Copy)
SAM 0439 (Copy)