institut20
institut20 institut20
 Bu müayinə metodunun üstünlükləri ondan ibarətdir ki, aparılması asan və tezdir. Müayinələr invaziv və qeyri-invaziv üsullarla aparılır. Multislays kompüter tomoqrafik görüntülər qısa bir vaxt ərzində üç müstəvidə alınır və eyni zamanda həm MPR, həm də 3D rekostruktiv görüntüləri əldə etmək mümkün olur. Cihaz yeni nəsil multislays aparat olduğu üçün burada şüalanma digər cihazlara nisbətən daha azdır.
Bu metodun üstünlükləri sümük strukturunu və kortikal qatın düzgün diaqnostika ilə qiymətləndirilməsidir. Burada ətraf, yumşaq toxumalarda və bağ aparatında olan patoloji dəyişiklikləri aşkar etmək mümkündür.

  1. Sümük strukturlarında olan litik-destruktiv, travmatik, ortopedik və ya hiperplastik toxuma xarakterli patoloji dəyişikliklərin qiymətləndirilməsi.
  2. Kortikal qatın patoloji dəyişikliklərinin qiymətləndirilməsi.
  3. Endoprotezləşdirmə əməliyyatından əvvəlki və sonrakı diaqnostika.
  4. Əməliyyatdan sonrakı vəziyyətin qiymətləndirilməsi və əməliyyatdan sonrakı fəsadların qeyri-invaziv və invaziv diaqnostikası.
  5. v/d və per os kontrastlı müayinələr.
  6. Kompüter tomoqrafik angioqrafiyanın aparılması.
  7. Yuxarı və aşağı ətrafların, onurğanın travmatik zədələnmələrində, xəstəliklərində diaqnostika.
  8. Sümüklərin artroz, sinovit, periartikulyar yumşaq toxumaların vəziyyətinin qiymətləndirilməsi.
  9. Diz oynağının, bağ apartının zədələnmələrinin, patello-femoral birləşməsinin hialin qığırdağının vəziyyətinin qiymətləndirilməsi.

               Bu müayinə metodunun üstünlükləri ondan ibarətdir ki, aparılması asandır, tezdir və maliyyə baxımından daha sərfəlidir. Bu cihazın son nəsil aparatı olduğu üçün institutumuzun profilinə uyğun olaraq sümük strukturunun, kortikal qatının patoloji dəyişikliklərini daha dəqiq qiymətləndirmək mümkündür. Müayinələr invaziv və qeyri-invaziv üsullarla aparılır.

Rəqəmsal rentgen
Institut22

 

USM