Laborator bölmə 65 ildir ki, institutda fəaliyyət göstərir. Bu laboratoriyalarda görkəmli alim va həkimlar fəaliyyat göstərmişdir. Onlardan Qəzvinov H., Kolesnikov N., Vezirova Q., Ruindej T.Q., Şeina E.P., Əskərov Ə.M., və başqaları. Görkəmli alim, professor Ruindej T.Q., Zaqafqaziyada ilk dəfə «toxumalarm konservasiyasi laboratoriyasını məhz bu institutda təşkil etmişdir

    Böyüklərin ortopediyası şöbəsi 60 ildən yuxarı fəaliyyət göstərir. Şöbəyə müxtəlif zamanlarda Azərbaycanın ən görkəmli ortopedlərindən: - t.e.d.A.A.İsmaylov, t.e.n.Ş.Əhmədov, t.e.d.T.Ruindej, R.R.Talışinski rəhbərlik etmişlər.

     Travmatologiya  şöbəsi institut yaranan gündən fəaliyyət göstərir. Bu şöbəyə Respublikanın aparıcı travmatoloq alimləri rəhbərlik etmişlər. Onlardan mərhum Seyidova H.Ə. uzun illər şöbəyə rəhbərlik edərək bir çox yeni müalicə üsulları işləyib hazırlamışdır.

            Əl cərrahiyyəsi şöbəsinin Azərbaycanda yaradıcısı tibb elmləri doktoru Fikrət Qafarovdur.İnstitut yaranan gündən plastik cərrahiyyə şöbəsi fəaliyyət göstərmiş və burada görkəmli professorlar – Nurəli Bunyatov, Gülü Qurbanov, Ruindej Tufan işləmişlər.    

    Uşaq travmatologiya şöbəsi 25 ildən artıqdır ki, yaradılıbdır. İlk dəfə uşaq travma şöbəsi 1984-cü il tarixdə institutun həmin illərdə direktoru olmuş Kamal Qafar oğlu Məhərrəmov tərəfindən yaradılmışdır.

60 ildən artıqdır ki, institut yaranan vaxtdan fizioterapiya şöbəsi də yaranıb və fəaliyyət göstərir. 2010-cu il tarixdən isə şöbə «Fizioterapiya və tibbi bərpa şöbəsi» adı ilə öz fəaliyyətini davam etdirir.